AZ

Vahid Əhmədov hökuməti kəndlilərə dəstək verməyə çağırdı

"Ötən günlərdə, Azərbaycan ərazisində baş verən təbii fəlakət hadisələri yollara, körpülərə, yaşayış məntəqələrinə, təsərrüfatlara ciddi zərər vurub və bu proses hələ də davam etməkdədir. Xüsusən, Quba Xaçmaz və Şəki-Zaqatala bölgəsinin əhalisi təbii fəlakətin gətirdiyi çətinliklərdən xeyli əziyyət çəkib. Bir çox evlər, əkin və heyvandarlıq sahələri ziyan gördüyündən, bütün bunlar təbii ki, əhalinin güzəranına öz mənfi təsirini göstərib. Hesab edirəm ki, bu hadisələr zamanı bir çox dövlət qurumlarının üzərinə böyük yük düşür. Bu problemin həlli üçün ilk növbədə, Fövqəladə Hallar Nazirliyinin və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları tərəfindən zərər dəymiş ərazilərə baxış keçirilib, dəyən ziyanın aradan qaldırılması üçün müvafiq tədbirlər planı tərtib olunub".

Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclasında deputat Vahid Əhmədov bildirib.

Seçilən
92
1
demokrat.az

10Mənbələr