AZ

Vahid Əhmədov hökumətə çağırış etdi

"Ötən günlərdə, Azərbaycan ərazisində başverən təbii fəlakət hadisələri yollara, körpülərə, yaşayış məntəqələrinə, təsərrüfatlara ciddi zərər vurub və bu proses hələ də davam etməkdədir. Xüsusən, Quba Xaçmaz və Şəki-Zaqatala bölgəsinin əhalisi təbii fəlakətin gətirdiyi çətinliklərdən xeyli əziyyət çəkib. Bir çox evlər, əkin və heyvandarlıq sahələri ziyan gördüyündən, bütün bunlar təbii ki, əhalinin güzəranına öz mənfi təsirini göstərib. Hesab edirəm ki, bu hadisələr zamanı bir çox dövlət qurumlarının üzərinə böyük yük düşür. Bu problemin həlli üçün ilk növbədə, Fövqəladə Hallar Nazirliyinin və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları tərəfindən zərər dəymiş ərazilərə baxış keçirilib, dəyən ziyanın aradan qaldırılması üçün müvafiq tədbirlər planı tərtib olunub". Olaylar xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclasında deputat Vahid Əhmədov bildirib:

"Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən dağılmış yollar və körpülərin bərpası istiqamətində bir sıra operativ tədbirlər görülməsinə baxmayaraq, bəzi kəndlərin rayon mərkəzləri ilə əlaqəsi kəsildiyindən, o yolların da qısa müddətdəbərpasına ehtiyac var. Bu tip hadisələr zamanı sığorta xidmətlərinin önəmi bir daha ön plana çıxır. Dövlət dəstəyi iləfəaliyyət göstərən Aqrar Sığorta Fondu tərəfindən fermerlərə xeyli güzəştlər tətbiq olunmasına baxmayaraq, təsərrüfatlarınısığorta etdirməyən kəndlilərin sayı hələ dəçoxluq təşkil edir. Bunun nəticəsində, istehsal xərclərini belə qarşılaya bilməyən kəndlilərin bir çoxu təsərrüfatlarınıbağlamaq məcburiyyətində qalır vənəticədə məhsuldarlıq aşağı düşür,  qısamüddətli də olsa, kənd təsərrüfatıməhsullarının qiymətlərində artım  yaranır. Bununla yanaşı, təsərrüfatlarını sığorta etdirməyən fermerlərə banklar ehtiyatla yanaşdığından, onlar maliyyəəlçatanlığının azalması problemi iləüzləşirlər. Bu kimi halların aradan qaldırılması üçün Kənd TəsərrüfatıNazirliyi fermerlər arasında maarifləndirmə işlərini gücləndirməlidir. Hesab edirəm ki, təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün bir çox dövlət qurumları və yerli icra hakimiyyəti orqanları tərəfindən müəyyən işlər görülsə də, vətəndaşların şikayəti hələdə davam etməkdədir. Dəyən ziyanın tam olaraq aradan qaldırılması və əhalinin bu prosesdən minümum zərərlə çıxması üçün Nazirlər Kabineti xüsusi qərar çıxarmalı, tədbirlər planı hazırlanmalı və təbii fəlakət nəticəsində zərər çəkmiş insanlara maddi yardım olunmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
9
olaylar.az

10Mənbələr