AZ

Avropa İttifaqının yeni liderləri onlar oldular

Avropa İttifaqında əsas vəzifələri Ursula Fon der Lyayen, Antoniu Koşta və Kaya Kallas tutacaq. İndi onların namizədliyi Avropa Parlamenti tərəfindən təsdiqlənməlidir.

Publika.az xəbər verir ki, Avropa İttifaqı ölkələrinin liderləri iyunun 27-də axşam Brüsseldə keçirilən sammitdə blokun əsas institutlarının yeni rəhbərlərinə səs veriblər.

Səsvermə nəticəsində Ursula Fon der Lyayen Avropa Komissiyasının Prezidenti olaraq qalır, Avropa İttifaqı Şurasına Portuqaliyanın keçmiş baş naziri Antoniu Koşta, Aİ-nin xarici siyasət xidmətinə isə Estoniyanın Baş naziri Kaya Kallas başçılıq edəcək.

Onların namizədliyini təsdiq etmək üçün gücləndirilmiş kvalifikasiyalı çoxluğun dəstəyi lazım idi. Buna iki şərtin eyni vaxtda yerinə yetirilməsi ilə nail olunur: Avropa İttifaqının əhalisinin ən azı 65 %-ni təmsil edən 27 üzv ölkədən azı 20-si (72 %) təklifə səs verməlidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
7
publika.az

10Mənbələr