AZ

"Jirona"a yeni hücumçu ilə anlaşdı

Tarixində ilk dəfə Çempionlar Liqasında iştirak edəcək "Jirona" heyətini yeni oyunçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, La Liqa təmsilçisi "Braqa"dan Abel Ruisi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
İspan klubu 24 yaşlı hücumçu üçün "Braqa"ya 8,5 milyon avro təzminat ödənilib. Müqaviləyə əsasən futbolçu qarşıdakı 5 ili "Jirona"nın uğurları üçün çalışacaq.
 
Qeyd edək ki, Ruis ötən mövsüm "Braqa"nın heyətində 48 rəsmi matçda 8 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
5
sport24.az

6Mənbələr