AZ

“Jirona”da yeni hücumçu

Tarixində ilk dəfə Çempionlar Liqasında iştirak edəcək “Jirona” heyətini yeni oyunçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, La Liqa təmsilçisi “Braqa”dan Abel Ruisi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı hücumçu üçün “Braqa”ya 8,5 milyon avro təzminat ödənilib. İspan futbolçu “Jirona” ilə 5 illik müqavilə imzalayıb.

Ruis ötən mövsüm “Braqa”nın heyətində 48 rəsmi matçda 8 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
5
futbolinfo.az

6Mənbələr