AZ

Macarıstan Ursula fon der Lyayenin yenidən seçilməsini dəstəkləməyəcək

Macarıstan

Bakı, 27 iyun, AZƏRTAC

Macarıstan Ursula fon der Lyayenin yenidən Avropa Komissiyasının sədri seçilməsinə qarşı çıxmaqda davam edir.

AZƏRTAC xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqının Brüsseldə keçiriləcək sammitinə gələrkən jurnalistlərə bildirib. Sammitdə Aİ-də əsas vəzifələrlə bağlı qərarların qəbul edilməsi gözlənilir.

Macarıstan hökumətinin başçısı fon der Leyenin yenidən Avropa Komissiyasının sədri seçilməsini dəstəkləyə bilməyəcəyini deyib: “Çünki o, Macarıstana qarşı qanunun aliliyi məsələsindən siyasi məqsədlər üçün istifadə edir”. Orbanın sözlərinə görə, Avropa Parlamentindəki yerlərin əksəriyyətini “yalan və hiylədən ibarət partiya koalisiyası” ələ keçirib, məqsədi Aİ-ni inkişaf etdirmək deyil, yalnız hakimiyyəti saxlamaqdır.

Brüsseldəki diplomatik mənbələrdən verilən məlumata əsasən, sammit ərəfəsində ittifaq ölkələrinin əksəriyyəti arasında 2025-2029-cu illər üçün Aİ təsisatlarında əsas vəzifələrin necə bölünəcəyinə dair razılıq əldə olunub. Belə ki, Ursula fon der Lyayen Avropa Komissiyasının rəhbəri olaraq qalacaq. Avropa İttifaqı Şurasının sədri vəzifəsində Şarl Mişeli Portuqaliyanın sabiq Baş naziri Antonio Kosta, Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi postunda isə Cozep Borrelli Estoniyanın Baş naziri Kaja Kallas əvəzləyəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
9
azertag.az

10Mənbələr