AZ

Aİ ölkələri Rusiyanın aktivlərindən əldə olunan gəlirlə bağlı razılığa gəliblər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Avropa İttifaqı (Aİ) ölkələri Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirin Ukraynaya hərbi yardım üçün istifadə edilməsi barədə razılığa gəlib.
Bunu Belçikanın xarici işlər naziri Aja Ləbib Aİ Şurasının iclasına gələrkən deyib.
"Razılıq əldə olunub. Biz bu proseduru aktivlərdən mənfəətin azad edilməsi üçün kifayət qədər təminatla təmin edə bildik", - o deyib.
Daha əvvəl bildirilmişdi ki, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrel iyunun 24-də Aİ xarici işlər nazirlərinin görüşündə Rusiya aktivlərindən 1,4 milyard avroluq mənfəətin ilk tranşının Ukraynaya Yardım Fonduna köçdüyünü açıqlayacaq.
İyunun 21-də Avropa komissarı Valdis Dombrovskis bildirib ki, Ukrayna yayın sonuna qədər Rusiyanın dondurulmuş aktivlərindən ilk tranş vəsaitini alacaq. O vurğulayıb ki, ilk növbədə diqqət bu vəsaitlərin Kiyevə hərbi dəstək üçün istifadəsinə yönəldiləcək.
Mənbə: TASS
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
9
oxu.az

10Mənbələr