AZ

Kim Çen minlərlə hərbçi yollasa da, Rusiya üçün heç bir faydası olmayacaq...”-General-mayor

“Ukrayna ədalətli müharibə aparır, dünyanın çox hissəsi onu dəstəkləyir, ona görə də qələbə Ukrayna ilədir...”
 
“Ukrayna cəbhəsində vəziyyət gərgin olaraq qalır. Ancaq sevindirici və ümidverici hal ondan ibarətdir ki, Qərb, ABŞ, Avropa Brliyi, NATO qəti qərar veriblər ki, Ukraynanın arxasından heç bir vaxt çəkilməyəcəklər və Rusiyanın qalib gəlməsinə imkan verməyəcəklər. Və bir müsbət hal da odur ki, artıq Qərb ölkələrinin çoxu, o cümlədən ABŞ artıq Ukraynaya verdikləri silah və texnikalarla Rusiya ərazisindəki hədəfləri vurmağa icazə verdi. Bu amil Ukraynaya Rusiyanın arxa cəbhəsini, hərbi və infrastrukturunu zəiflətməkdə, hərbi əməliyyatlada üstünlük qazanmaqda  və s. kömək edir.  Artıq Ukrayna cəbhə xəttini müəyyən sahələrində kiçikmiqyaslı da olsa, əks-hücimlara keçir. Və bundan sonra mən heç cür düşünə bilmirəm ki, bundan sonra Rusiya Ukrayna üzərində qələbə qazana biləcək. Ukraynanın arxasında sivil dünyanın, demək olar ki, hamısı dayanır...
Bu fikirləri Rusiya-Ukrayna cəbhəsindəki son durumu xarakterizə edərkən Moderator.az-a açıqlamasında sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev ifadə edib.
 
“Rusiya lideri Putinin hərbi dəstək üçün bütün dünyanın ən geridə qalmış ölkə kimi tanıdığı Şimali Koreyaya, onun diktatoru Kim In Çenə müraciət etməsinə, onun hüzuruna getməsinə, bunun ardınca eyni məqsədlə digər inkişafda geridə qalmış Vyetnam kimi dövlətə səfər etməsinə, adı çəkilən və bir neçə digər ölkələr hesabına NATO-ya qarşı hərbi blok yaratmaq cəhdlərinə necə baxırsız? Bu səfər Rusiya üçün bir nəticə verəcəkmi?” suallarına isə sabiq müdafiə naziri belə deyib:
 
“Bəli, bu,  vaxtilə Hitler faşizmi üzərində qələbə çalmış Rusiya kimi böyük dövlət üçün çox utancverici və gülünc bir haldır. Və ikincisi də həmin səfərlərin Rusiyanın Ukraynaya qarşı müharibədə irəliləməsi üçün ciddi bir faydası olmayacaq. Artıq informasiyalar gəlir ki, 1000-ə yaxın Şimali Koreya hərbçisi Ukrayna cəbhəsinə yollanmaq üçün Rusiyaya gəlib və yaxud gələcək. Amma bunlar mənasız addımlardır. Şimali Koreyadan Kim Çen minlərlə hərbçi yollasa belə, onun heç bir faydası yoxdur və olmayacaq.  Rusiya gec-tez məğlubiyyətə məhkumdur. 
 
NATO-ya qarşı hərbi bloka gəldikdə, bu da baş tutan sevda deyil, heç bir dövlət  NATO kimi nəhəng bir hərbi maşına qarşı uçuruma yuvarlanan Rusiyanın yanında olmaq istəməz...
 
Bir sözlə, Ukrayna ədalətli müharibə aparır, dünyanın çox hissəsi onu dəstəkləyir, ona görə də qələbə Ukrayna ilədir...”
 
Sultan Laçın
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
121
50
moderator.az

10Mənbələr