AZ

®“Unibank” Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı silsilə tədbirlərə dəstək olub

®“Unibank”

“Unibank” öz partnyorları ilə birgə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı silsilə tədbirlərə dəstək olub. İyun ayı boyu davam edən tədbirlər zamanı “Papa Johns Pizza Azərbaycan”, “Bolt Food” və “Unibank”ın əməkdaşları uşaq evləri və sığınacaqları ziyarət ediblər. Ziyarət zamanı uşaqlar üçün hədiyyələr aparılıb, şənliklər təşkil edilib. Klounların iştirakı ilə əyləncəli oyun və rəqslər uşaqları çox sevindirib. Bir aya yaxın davam edən silsilə tədbirlər çərçivəsində, ümumilikdə, 12 uşaq evi və sığınacaq olmaqla, 800-dən artıq uşağın bayramı təbrik edilib.

“Unibank” Kommersiya Bankı ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda UTM və filiallardan ibarət geniş xidmət şəbəkəsi mövcuddur. “Unibank” 32 ildə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
13
azertag.az

10Mənbələr