AZ

Unibank uşaq günü ilə bağlı silsilə tədbirlərə dəstək olub

Bakı. Trend:

Unibank öz partnyorları ilə birgə 1 iyun – Uşaqların BeynəlxalaqMüdafiəsi Günü ilə bağlı silsilə tədbirlərə dəstək olub. İyun ayıboyu davam edən tədbirlər zamanı “Papa Johns Pizza Azərbaycan”,“Bolt Food” və Unibank uşaq evləri və sığınacaqları ziyarət edib.Ziyarət zamanı uşaqlar üçün hədiyyələr aparılıb, şənliklər təşkiledilib. Klounların iştirakı ilə əyləncəli oyun və rəqslər uşaqlarıçox sevindirib. Bir aya yaxın davam edən silsilə tədbirlərçərçivəsində ümumilikdə 12 uşaq evi və sığınacaq olmaqla, 800-dənartıq uşağın bayramı təbrik edilib.

Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankınpaytaxtda və regionlarda UTM və filiallardan ibarət geniş xidmətşəbəkəsi mövcuddur. Unibank 32 ildə uğurlu kommersiya fəaliyyəti vəsosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlartərəfindən çoxsaylı mükafatlara layiq görülüb.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
13
az.trend.az

10Mənbələr