AZ

İki xidmət arasında hansı fərq var? – Orxan Məmmədzadə cavabladı

Maliyyə Konsaltinqi və Vergi Bəyannamələri

"BMG International" innovativ üslublu konsaltinq şirkətinin təsisçisi və CEO-su, iqtisadiyyat, maliyyə və biznes sahəsi üzrə mütəxəssis, o cümlədən "Hazır Mühasib" platformasının təsisçisi Orxan Məmmədzadə, maliyyə konsaltinq xidmətləri haqqında danışıb.

Fins.az həmin açıqlamanı təqdim edir:

Maliyyə konsaltinqi vergi bəyannamələrinin hazırlanması arasında fərqlər var.

Maliyyə konsaltinqinin əsas məqsədi birbaşa şirkətin maliyyəsinin düzgün istiqamətləndirilməsi, biznesdə verilən qərarların səhv istiqamət üzrə yönəlməsinin qarşısının alınması və büdcə hesabatlarının tərtib olunmasıdır. Bu xidmətə, həmçinin, maliyyə alətlərinin düzgün istifadə edilməsi və biznesin inkişafı ilə əlaqədar büdcədən kənar formalaşan xərclərdən şirkətin qorunması da daxildir.

Maliyyə konsaltinqi xidmətləri aşağıdakıları əhatə edə bilər:

Maliyyə planlaması və proqnozlaşdırma

Büdcə və maliyyə nəzarəti

İnvestisiya məsləhətləri

M&A (Birgə müəssisələr və alınmalar) məsləhətləri

Maliyyə risklərinin idarə edilməsi

İstiqraz və səhmlərin qiymətləndirilməsi

Bəzi şəxslər maliyyə konsaltinq xidmətinin vergi hesabatlarının göndərilməsi ilə yekunlaşdığını düşünürlər. Amma onlar bilməlidirlər ki, vergi hesabatları maliyyə konsaltinqi sahəsində göstərilən xidmətlərdən yalnız biridir.

Vergi uçotu ilə maliyyə uçotu arasında  hansı fərqlər var?

Qanunvericiliyə əsasən, vergi uçotu ilə maliyyə uçotu arasında fərqin yaranmasına səbəb, vergi uçotu və maliyyə uçotuna olan yanaşmadadır. Heç bir şirkət, daxili uçot siyasətinin təşkil olunması zamanı Vergi Məcəlləsindən kənar fərqli addım ata bilməz.

 Qeyd edim ki, maliyyə uçotuna əsasən, aktivlərin dəyərləndirilməsi, uzun vədəli debitor borclarının ümidsiz borca çevrilməsi, kreditor borclar üzrə ehtiyatların yaradılması və bu kimi bir çox nümunələr şirkət tərəfindən təyin olunur. 

Amortizasiya üslubunun tətbiqi və malın anbar uçotu üzrə dəyərləndirilməsinin hesablanması, dəyər formalaşmasına şirkətin öz seçiminə verilsə də, vergi uçotunda bu yoxdur. 

“Dünyanın hər bir ölkəsində, vergi uçotu ilə maliyyə uçotu arasındakı fərqlərin formalaşması, ümumi qəbul olunmuş təcrübəyə əsasən müəyyən edilir”.

Maliyyə konsaltinqi sadəcə olaraq vergi bəyannamələrinin tərtib olunması və onların göndərilməsi ilə məhdudlaşmır. Şirkətlər, maliyyə idarəetməsinin tərtib olunmasında mütləq şəkildə peşəkarın rəyinə və dəstəyinə müraciət etməlidirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
4
fins.az

6Mənbələr