AZ

Azərbaycanda marketinqin vəziyyəti: Böhranlı vəziyyətdə necə davranmalı? - Orxan Məmmədzadə

Fins.az “BMG International” innovativ üslublu konsaltinq şirkətinin təsisçisi və CEO-su, iqtisadiyyat, maliyyə və biznes sahəsində ekspert, təcrübəli təlimçi, o cümlədən, "Hazır Mühasib" Platformasının təsisçisi Orxan Məmmədzadənin müsahibəsini təqdim edir.

- Orxan bəy, niyə Azərbaycanda peşəkar marketoloq tapmaq çətindir?

 - Bilirsiniz, nəyinki Azərbaycanda ümumiyyətlə bir çox ölkələrdə peşəkar marketoloq tapmaqla bağlı problemlər müşahidə olunur. Səbəb isə odur ki, dünyada marketinq üzrə fəaliyyət sahəsi sürətlə dəyişir. Bugünkü marketoloq peşəsi üzrə görülən işlər yeddi-səkkiz il öncə bu sahədə ediləndən fərqlidir.

Heç bir şirkəti sosial media, sosial marketinq olmadan təsəvvür etmək olmur.

Bu gün  şirkətlərin tələblərinə və məqsədlərinə uyğun  sosial media,  sosial şəbəkələr üzrə biliklərə yiyələn peşəkar marketoloqlara ehtiyac var. Yəni,  marketinq strategiyasını, sosial media marketinqinin idarə olunmasını peşəkar, günün tələbinə uyğun formada tərtib etməyi bacaran peşəkarlara ciddi mənada ehtiyac var.

- Marketinq və satış arasında əsas fərq nədən ibarətdir?

- Hazırda marketinq və satış peşələrini bir-biri ilə qarışdırırlar. Hər iki sahə biri digərindən asılı olmayan, ayrı-ayrı fəaliyyət göstərə biləcək peşələrdir. Düzgün marketinq strategiyası satışın tənzimlənməsinə xidmət etməlidir.

Sırf bu səbəbdən satış sahəsi üzrə işçilərin səriştəsi və biliyi marketinqin aparılmasına heç bir şəkildə dəstək göstərə bilmir. Bu sahədə çalışanlar satış elementlərini və  strategiyasını öncədən planlayıb düzgün istiqamətləndirməyi bacarmalıdırlar. Satış sahəsində fəaliyyət göstərən şəxslər marketinq sahəsi ilə bağlı biliklərə sahib olmalıdırlar. Həmçinin marketoloq da mütləq satışın təşkil olunma proseslərinə yiyələnməlidir.

- Böhran şəraitində müəssisələrdə rəhbərlər vəziyyətə necə nəzarət etməlidir?

- Biz böhran şəraitində bağlanan bir çox şirkətlər müşahidə etmişik. Amma iqtisadiyyatın və biznesin tarixinə nəzər saldıqda bunun əksinin baş verdiyinin də şahidi olmuşuq. Əgər şirkət böhran şəraitində düzgün addım atıb vəziyyəti idarə edə bilərsə, dövriyyəsini artıra bilər. Buna misal olaraq pandemiya dövrünü göstərə bilərik. Bir çox şirkətlər biznesin struktur və istiqamətini dəyişərək dövriyyəsinin artmasına nail oldu.

Ticarət sahəsində məşğul olan şirkətlər onlayn satış üsuluna keçid etdikləri üçün qazanclı çıxdılar. Hesab edirəm ki, şirkətlər böhran şəraitindən asılı olaraq fərqli addımlar atmağı bacarmalıdırlar. Böhranın təsirləri birbaşa şirkətin əsas istiqamətindən asılı olduğu təqdirdə şirkət fərqli istiqamət üzrə yeni bir fəaliyyətə başlamalıdır.  Bir sözlə böhrandan çıxış üçün faydalı bir nümunə nəzərdən keçirilə bilər.

- Azərbaycanda böhran vəziyyətində şirkətlərin atdığı addımları necə qiymətləndirirsiniz?

- Azərbaycanda pandemiya dövründə bəzi turizm şirkətləri qida sektoruna üz tutdular. Bu gün bu sahədə brend kimi özünü tanıda bilən şirkətlərin bir çoxu

daha öncə turizm sahəsi üzrə fəaliyyət göstərirdilər. Pandemiya dövründə tətbiq edilən karantin rejimi turizm sahəsində fəaliyyət  göstərməyi məhdudlaşdırdı. Məhz o sektorda olan şirkətlər qida sahəsinə yönəldilər. Hazırda əvvəl turizm daha sonra restoran sahəsində fəaliyyətini davam etdirən şirkətlərdən biri nəyinki dövriyyəsini artırıb, həm də şəbəkələşmiş formada fəaliyyət göstərir. Bir sözlə, sahibkar biznesdə istiqaməti dəyişməklə böhran vəziyyətindən faydalana bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
4
fins.az

6Mənbələr