AZ

"Zirə"nin rəqibi "sülh bağladı"

"Zirə"nin UEFA Avropa Liqasının I təsnifat mərhələsində rəqibi olan "Şerif" (Moldova) yoxlama görüşü keçirib. Sport24.az xəbər verir ki, Tiraspol təmsilçisi Moldovanın digər klubu "Petrokub"la üz-üzə gəlib.
 
Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
 
Qeyd edək ki, "Şerif" və "Zirə" arasında keçiriləcək ilk görüş iyulun 11-də, saat 21:00-da "Şerif" İdman Kompleksində reallaşacaq. Cavab oyunu isə bir həftə sonra "Liv Bona Dea Arena" gerçəkləşəcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
7
sport24.az

9Mənbələr