AZ

"Zirə"nin rəqibindən heç-heçə

"Zirə" klubunun UEFA Avropa Liqasının I təsnifat mərhələsində rəqibi olan "Şerif" (Moldova) yoxlama görüşü keçirib.

Sportnet.az xəbər verir ki, Tiraspol təmsilçisi Moldovanın digər klubu "Petrokub"la üz-üzə gəlib.

Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, "Şerif" və "Zirə" arasında keçiriləcək ilk görüş iyulun 11-də, saat 21:00-da “Şerif” İdman Kompleksində reallaşacaq. Cavab oyunu isə bir həftə sonra “Liv Bona Dea Arena" gerçəkləşəcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.


Seçilən
101
7
sportnet.az

9Mənbələr