AZ

Əsgərlərimizin bu görüntüsü Türkiyədə gündəm oldu - Video

Azərbaycan əsgərlərinin Türkiyə milisinin Avro-2024 çərçivəsində Çexiya üzərindəki qələbəsinə verdiyi reaksiya sosial şəbəkələrdə gündəm olub.
BUTA.TVGlobalinfo.az-a istinadla xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyi X hesabında əsgərlərin Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 106-cı ildönümündə Türkiyə millisinin qələbəsinə sevinci ilə bağlı paylaşım edib. “Can Azərbaycandan bizim uşaqlara tam dəstək. Bu gün 106-cı ildönümünü qeyd edən Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman əsgərləri Türkiyə milli komandasının oyunlarını həyəcanla izləyərək Cenk Tosunun qalibiyyət gətirən qoluna belə sevindilər. Təşəkkürlər, Qarabağ aslanları. Hər zaman bir və bərabərik” – paylaşımda qeyd olunur.

Nazirliyin paylaşımından sonra görüntülər sosial şəbəkələrin Türkiyə seqmentində sürətlə yayılmaöa başlayıb və gündəm olub.

Seçilən
89
4
buta.tv

5Mənbələr