AZ

Əsgərlərimizin bu görüntüsü Türkiyədə gündəm oldu - Video

Azərbaycan əsgərlərinin Türkiyə milisinin Avro-2024 çərçivəsində Çexiya üzərindəki qələbəsinə verdiyi reaksiya sosial şəbəkələrdə gündəm olub.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyi X hesabında əsgərlərin Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 106-cı ildönümündə Türkiyə millisinin qələbəsinə sevinci ilə bağlı paylaşım edib.

“Can Azərbaycandan bizim uşaqlara tam dəstək. Bu gün 106-cı ildönümünü qeyd edən Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman əsgərləri Türkiyə milli komandasının oyunlarını həyəcanla izləyərək Cenk Tosunun qalibiyyət gətirən qoluna belə sevindilər. Təşəkkürlər, Qarabağ aslanları. Hər zaman bir və bərabərik” – paylaşımda qeyd olunur.

Nazirliyin paylaşımından sonra görüntülər sosial şəbəkələrin Türkiyə seqmentində sürətlə yayılmaöa başlayıb və gündəm olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
4
axar.az

5Mənbələr