AZ

Güclü yağış çətinlik yaradıb –Lənkəran və Astaranın kəndlərində təxliyə işləri aparılıb

Cənub bölgəsində qeyri – sabit hava şəraiti ilə bağlı iki rayonun iki kəndində təxliyə işləri görülüb.

Axşam saatlarından başlayaraq cənub bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür.

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional mərkəzinin xilasetmə qüvvələri Lənkəran rayonunun Narbağı və Astara rayonunun Maşxan kəndində təxliyyə işləri aparıb.

Cənub bölgəsində qeyri-sabit hava şəraiti ilə bağlı Lənkəran və Astara rayonlarından Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinə vətəndaşların düşdüyü çətinliyə görə məlumat daxil olub.

Dərhal sözügedən ünvanlara Cənub Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin xilasedicilərinin 5 texnikası və 30 şəxsi heyəti cəlb olunub.

Xüsusi avadanlıqlar vasitəsilə Narbağı kəndindən bir ailənin 4 nəfərdən ibarət üzvü və Maşxan kəndindən bir ailənin 3 nəfər üzvü təxliyyə olunub.

Qeyd edək ki, güclü külək Lənkəran şəhərinin bir neçə istiqamətdə ağacları və budaqları yola aşırıb.

Hazırda yağışlı hava şəraiti davam edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
2
azpost.info

10Mənbələr