AZ

Lənkəran və Astaranın kəndləri təxliyə edilir

Cənub bölgəsində höküm sürən qeyri-sabit hava şəraitilə bağlı təxliyə işləri görülür.

OXU24.COM  xəbər verir ki, prosesə Lənkəran və Astara rayonunun iki kəndindən start verilib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri Lənkəran rayonunun Narbağı və Astara rayonunun Maşxan kəndində təxliyə işləri aparır.

Bölgədə küləklə müşahidə olunan yağış yağır, elektrik enerjisinin verilişi dayanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
15
oxu24.com

10Mənbələr