AZ

Ağstafa-Bakı qatarında nasazlıq yaranıb, gecikmə yaşanır

731 saylı Ağstafa-Bakı sürət qatarında texniki problem yaranıb. 

Bizim.Media-nın məlumatına görə, 23:27-də Bakıya çatmalı olan qatar gecikib.

Qatardakı sərnişinlərə gecikmənin 20 dəqiqə olacağı elan edilsə də, sərnişinlər hələ də ünvana çatmayıblar.

Əldə etdiyimiz məlumata görə, hazırda qatardan sərnişinlərin təxliyə edilməsi gözlənilir. Onlar üçün 3 istiqamətdə - 20 Yanvar, Lökbatan ve Zığ dairəsinə avtobus teskil edilib.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
1
bizim.media

10Mənbələr