AZ

Ağstafa- Bakı sərnişin qatarı niyə yolda qalıb? - RƏSMİ AÇIQLAMA

A]stafa-Bakı sürətli qatar yenə yolda qalıb. Bu dəfə də ənənəvi olaraq  qatar Goranboy rayonu ərazisində dayanıb. Artıq bu hal neçənci dəfədir ki, təkrarlanır. Nəticədə, sərnişinlər min-bir əziyyətlə mənzil başına çatıblar.

Mövzu ilə bağlı News365.az –a ADY-dən verilən açıqlamada bildirilir ki, 19 iyunda Ağstafadan Bakıya saat 17.30-da yola düşən 705 nömrəli sərnişin qatarı Dəllər və Goran stansiyaları istiqamətində hərəkətdə olarkən elektrik enerjisinin verilməsində yaranmış texniki nasazlıq səbəbindən 2 saatdan çox yolda qalıb:

“Bu səbəbdən sərnişinlərin  Bakıya çatdırılması üçün Hacıqabul stansiyasından Bakı istiqamətinə ödənişsiz  avtobuslar ayrılıb. Eyni zamanda sərnişinlərin mənzil başına rahat və təhlükəsiz çatdırılması üçün 20 Yanvar dairəsi, Zığ və Bayıl istiqamətlərinə ödənişsiz avtobuslar, o cümlədən Bakı-Xırdalan-Sumqayıt və Bakı-Pirşağı-Sumqayıt marşrutları üzrə əlavə qatar reysləri təyin edilib”.

Məlumatda həmçinin qeyd olunur:

“ADY yaranmış problemə görə sərnişinlərindən üzr istəyir, bu kimi halların gələcəkdə təkrarlanmaması üçün kompleks tədbirlər üzərində işləyir”.

İlhamə Qiyas, News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
36
news365.az

10Mənbələr