AZ

AVRO-2024: 1/8 finalın daha 3 iştirakçısı məlum oldu

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının E qrupunda mübarizəyə yekun vurulub.

 

Senzor.az bildirir ki, Rumıniya millisi Slovakiya ilə, Belçika yığması Ukrayna ilə qarşılaşıb. Hər iki görüşdə qalib müəyyənləşməyib.

 

Slovakiya-Rumıniya matçında 1:1 hesabı qeydə alınıb. Ukrayna-Belçika qarşılaşmasında isə qapılara qol vurulmayıb.

 

Bu nəticələrdən sonra dörd komandanın hər biri qrupu 4 xalla başa vurub. Şəxsi göstəricilərə əsasən, Rumıniya lider, Belçika qrup ikincisi, Slovakiya isə ən yaxşı qrup üçüncülərindən biri kimi 1/8 finala yüksəlib.

 

Qeyd edək ki, daha əvvəl Almaniya, İsveçrə, İspaniya, İtaliya, Avstriya, Fransa, Niderland, İngiltərə və Danimarka milli komandaları 1/8 finala vəsiqə əldə ediblər.

 

Qeyd edək ki, bu gün F qrupunda da son oyunlar keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
5
senzor.az

5Mənbələr