AZ

Avro-2024: daha 3 komanda 1/8 finala adladı

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının E qrupunda mübarizəyə yekun vurulub.

Modern.az xəbər verir ki, Rumıniya millisi Slovakiya ilə, Belçika yığması Ukrayna ilə qarşılaşıb. Hər iki görüşdə qalib müəyyənləşməyib.

Slovakiya-Rumıniya matçında 1:1 hesabı qeydə alınıb. Ukrayna-Belçika qarşılaşmasında isə qapılara qol vurulmayıb.

Bu nəticələrdən sonra dörd komandanın hər biri qrupu 4 xalla başa vurub. Şəxsi göstəricilərə əsasən, Rumıniya lider, Belçika qrup ikincisi, Slovakiya isə ən yaxşı qrup üçüncülərindən biri kimi 1/8 finala yüksəlib.

Qeyd edək ki, daha əvvəl Almaniya, İsveçrə, İspaniya, İtaliya, Avstriya, Fransa, Niderland, İngiltərə və Danimarka milli komandaları 1/8 finala vəsiqə əldə ediblər.
             
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
5
modern.az

5Mənbələr