AZ

Roman Qriqorçuk “Neftçi”də

Bakı. Trend:

“Neftçi” PFK-nın baş məşqçisi vəzifəsinə ukraynalı mütəxəssisRoman Qriqorçuk təyin edilib.

Trend İdman.biz-əistinadən xəbər verir ki, təcrübə mübadiləsi məqsədilə beynəlxalqtədbirdə iştirak etmək üçün Bakıda səfərdə olan Qriqorçukla anlaşmaəldə olunub və 2 illik müqavilə imzalanıb.

Məşqçilik fəaliyyətinə 1998-ci ildə köməkçi məşqçi kimibaşlayan, 2000-ci ildən etibarən isə baş məşqçi postunu tutanmütəxəssis Latviyanın “Dinaburq” (1998-2005) və “Ventspils”(2005-2009), vətənində “Metallurq” (2009-2010) və “Çernomorets”(2010-2014, 2021-2024-cü ilin iyun ayınadək), Azərbaycanın “Qəbələ”(2015-2018), Qazaxıstanın “Astana” (2018-2019), Belarusun “Şaxtyor”(2020-2021) klublarında çalışıb.

Təcrübəli məşqçi “Ventspils”dəki fəaliyyəti dövründə klubuna 3dəfə Latviya çempionluğunu (2006, 2007, 2008), 2 dəfə Latviyakubokunu (2005, 2007) qazandırıb və Latviyanın ən yaxşı məşqçisiadına layiq görülüb (2009). Onun rəhbərliyi altında Odessanın“Çernomorets” klubu 2010/11 mövsümündə Premyer Liqaya çıxıb,2012/13 mövsümündə isə Ukrayna kubokunun finalçısı olaraq UEFAAvropa Liqasında iştirak etmək hüququ qazanıb və turnirin qrupmərhələsinə yüksəlib.

Qriqorçuk komandası ilə Xorvatiyanın “Dinamo” (Zaqreb),Hollandiyanın “PSV Eyndhoven” və Bolqarıstanın “Ludoqorets”(Razqrad) klubları ilə apardığı mübarizələrin nəticəsində 2-ci yeritutaraq daha bir uğura imza atıb və UEFA Avropa Liqasının 1/16finalına vəsiqə qazanıb. Qriqorçukun “Qəbələ”də çalışdığı 3,5mövsümlük fəaliyyət dövrünü də uğurlu hesab etmək olar. Belə ki,onun başçılığı altında klub Azərbaycan Premyer Liqasının bürünc vəgümüş medallarına yiyələnib, ölkə kubokunun finalçısı olub, eləcədə tarixində ilk dəfə UEFA Avropa Liqasının qrup mərhələsinəçıxmağı bacarıb və daha sonra bu uğuru təkrarlayıb.

O, həmçinin Qazaxıstan Premyer Liqasının və Superkubokununqalibi etdiyi “Astana” ilə Avropa Liqasının qrup mərhələsində“Mançester Yunayted” üzərində qələbə qazanıb. 2020-ci ildə Belarus“Şaxtyor”unun sükanı arxasına keçib və qısa müddət ərzində klubuölkə çempionatının və Superkubokunun qalibi edib.

“UEFA Pro” lisenziyalı məşqçi 1965-ci ildə Ukraynanınİvano-Frankovsk vilayətinin Korniç kəndində anadan olub. Futbolçukimi 5 ölkədə çıxış etmiş 59 yaşlı mütəxəssis vətənində“Prikarpatye” (1988-1994) və “Krivbass” (1995-1996), Avstriyada“Sankt-Pelten” (1994), Polşada “Petroximiya” (1995), Rusiyada“Saturn” (1996-1997) və Latviyada “Dinaburq” (1998-1999) kimiklubların şərəfini qoruyub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
50
az.trend.az

10Mənbələr