AZ

"Azərbaycan xalqı öz ordusu ilə qürur duyur" - Deputat

"26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününün təsis edilməsi də birbaşa Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin 22 may 1998-ci il tarixli Fərmanına əsasən Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü kimi elan edildi və hər il bu əlamətdar tarix dövlət bayramı kimi qeyd edilir".

Bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov BiG.AZ-a bildirib.

O qeyd edib ki, II Qarabağ müharibəsində qazanılan qələbədən sonra artıq Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə ordumuzda yeni təyinatlı Komando hərbi hissəsi yaradılıb, yeni hərbi texnika və avadanlıqların alınması üçün xarici dövlətlərlə əməkdaşlıqlar edilib:

"Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan Respublikasında hakimiyyətə gəldikdən sonra ölkədə ordu quruculuğu sürətli və davamlı olaraq inkişaf etməyə başladı. Dahi liderin rəhbərliyi ilə hərbi qulluqçuların döyüş peşəkarlığı, döyüş ruhu artırıldı, maddi-texniki təminat yaxşılaşdırıldı, Azərbayan Milli Ordusunun formalaşması prosesi daha da sürətləndi, hərbi təhsil sisteminin inkişafı məqsədilə 1990-cı ildə Hərbi Akademiya yaradıldı. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı.
Müstəqillik illərində ordu quruculuğunun davamlı inkişaf etməsinin əsas səbəblərindən biri də ümummilli liderin siyasəti nəticəsində Azərbaycanın NATO ilə sıx əməkdaşlıq etməsi idi. Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycanın NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramına, "Planlaşdırma və analiz prosesi" proqramına, "Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı"na və digər beynəlxalq layihələrə qoşulmasını buna misal göstərmək olar.
Heydər Əliyevdən sonra onun layiqli davamçısı cənab Prezident İlham Əliyev hakimiyyətə gələrək Ulu Öndərin siyasətini uğurla davam etdirdi. Onun rəhbərliyi ilə müdafiə sənayesi inkişaf etdirildi, bu sahənin təkmilləşməsi üçün daha çox büdcə ayrıldı, Silahlı Qüvvələrimizin maddi-texniki təchizatı yaxşılaşdırıldı, hərbi qulluqçuların sosial təminatı diqqətdə saxlanıldı, xaricdən çoxsaylı hərbi texnikalar, avadanlıqlar, pilotsuz uçuş aparatları alındı, yerli hərbi zavodlar inkişaf etməyə başladı.
Bu gün müasir Azərbaycan ordu quruculuğunun bütün sahələrində inkişaf edib. Hava hücumundan müdafiə qüvvələrinə görə Azərbaycan regionda aparıcı ölkələrdən biridir. II Qarabağ müharibəsində qazanılan qələbədən sonra artıq Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə ordumuzda yeni təyinatlı Komando hərbi hissəsi yaradılıb, yeni hərbi texnika və avadanlıqların alınması üçün xarici dövlətlərlə əməkdaşlıqlar edilib, Türkiyə ilə eyni standartlarda hərbi təhsilin tətbiq edilməsi üçün Milli Müdafiə Universiteti yaradılıb.
Azərbaycan xalqı öz ordusu ilə qürur duyur. İnanırıq ki, Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu, ona edilən etibarı və etimadı qoruyacaq".


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
1
big.az

10Mənbələr