AZ

Şəhid ailələri və müharibə iştirakçılarına verilən  sosial ödənişlərin MƏBLƏĞİ

Şəhid Şəhid ailələri və müharibə iştirakçılarına verilən

Postmüharibə dövründə şəhid ailələr

E-saglam.az xəbər verir ki, bu barədə Bizim.Media-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirlik tərəfindən həmin sosial dəstək paketi çərçivəsində postmüharibə dövründə:

• şəhid ailələri üzvləri və müharibə veteranları olan 105 min şəxsə 118 min aylıq sosial ödəniş, 23,1 min şəxsə birdəfəlik ödəmə təyin olunub;

• şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib, onlara 6 050 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 528 avtomobil təqdim edilib;

• şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 11 min şəxsə 64,3 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib;

• müharibə ilə əlaqədar əlilliyi olan 2 151 şəxs 57,4 min reabilitasiya vasitəsi, o cümlədən 473 şəxs 566 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub;

• şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 21,9 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 10,6 min şəxs özünüməşğulluq proqramına cəlb olunub;

Postmüharibə dövründə qeyd olunan sosial dəstək paketi 128 min şəxsi əhatə edərək, onlara dəstək yönümlü 348 min xidmət göstərilib.

E-saglam.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
17
e-saglam.az

10Mənbələr