AZ

Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 128 min şəxsə 348 min xidmət göstərilib

Bakı. Trend:

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyiilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətənmüharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqlarıəsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlıhəyata keçirilən genişmiqyaslı sosial dəstək paketinin icrasıuğurla davam etdirilir.

Trend xəbər verir ki, bu barədə Əmək və Əhalinin SosialMüdafiəsi Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, nazirlik tərəfindən həmin sosial dəstək paketiçərçivəsində postmüharibə dövründə:

• şəhid ailələri üzvləri və müharibə veteranları olan 105 minşəxsə 118 min aylıq sosial ödəniş, 23,1 min şəxsə birdəfəlik ödəmətəyin olunub;

• şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərinmənzillə təminatı proqramı 5 dəfə genişlənib, onlara 6 050 mənzilvə fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 528avtomobil təqdim edilib;

• şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 11 minşəxsə 64,3 min sosial-psixoloji dəstək və reabilitasiya xidmətigöstərilib;

• müharibə ilə əlaqədar əlilliyi olan 2 151 şəxs 57,4 minreabilitasiya vasitəsi, o cümlədən 473 şəxs 566 ədəd yüksəktexnologiyalı müasir protezlə təmin olunub;

• şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 21,9 minşəxsin məşğulluğu təmin edilib, o cümlədən 10,6 min şəxsözünüməşğulluq proqramına cəlb olunub;

Postmüharibə dövründə qeyd olunan sosial dəstək paketi 128 minşəxsi əhatə edərək, onlara dəstək yönümlü 348 min xidmətgöstərilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
17
az.trend.az

10Mənbələr