AZ

Liman sakinləri Taleh Qaraşovun səyyar qəbul-görüşündən razı qalıblar - FOTOLAR

İyunun 25-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov təqvim planına uyğun olaraq növbəti səyyar görüş-qəbulunu Liman şəhər inzibati ərazi dairəsinin sakinləri ilə keçirib. Görüşdə icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin nümayəndələri də iştirak ediblər. 

"Unikal" xəbər verir ki, icra başçısı ötən görüşdə qaldırılan məsələlərin icra vəziyyəti barədə yerli insanları məlumatlandırıb. Taleh Qaraşov yerlərdə səyyar görüş-qəbulların keçirilməsinin önəminə toxunub və bildirilib ki, insanların qayğı və problemlərinin öyrənilməsinə, qaldırılan məsələlərin həllinə operativ və ədalətli yanaşılmasına xidmət edən səyyar görüşlər dövlət başçısı cənab İlham Əliyevin xüsusi tapşırığı əsasında keçirilir.

İcra başçısı qeyd edib ki, bütün qaldırılan məsələlər onun şəxsi nəzarətindədir, məsələlərin icra vəziyyəti barədə qanunvericiliyə müvafiq müddət ərzində vətəndaşlara cavab verilir. Səyyar görüşdə yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olan və ədalətli qaldırılan bütün məsələlər həllini tapıb, digər məsələlər barədə aidiyyəti üzrə yuxarı qurumlara müraciət olunması səlahiyyətli şəxslərə tapşırılıb.

Səyyar qəbulda sakinlərin rayon rəhbərinə könüllü, birbaşa və sərbəst şəkildə şəxsi və ümumi problemlərini çatdırmasına tam şərait yaradılıb. Yerli insanlar qaldırdıqları məsələlərin həllindən ötrü səmimi və nəticəyə yönəlik yanaşma gördükləri üçün rayon rəhbərinə təşəkkür ediblər. Liman sakinləri şəhər ərazisindəki yenidənqurma, abadlıq işlərinin aparılmasına, habelə sosial-iqtisadi vəziyyətlərinin günü-gündən yaxşılaşmasına görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
3
unikal.az

10Mənbələr