AZ

Körpə Rzanın son iki günü qalıb: Təcili İrana yollanmalıdır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Körpə Rzanın sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Ulduz Abdullayeva məlumat verib.
O bildirib ki, övladı bir müddət əvvəl əməliyyat olunub:
"Rza bir yaş səkkiz aylıqdır. Körpə olarkən mədəsində polip olduğunu öyrəndik. Həmin gündən də müalicələrini vaxtı-vaxtında etmişik. Bir müddət əvvəl əməliyyat edərək mədəsindəki polipi götürüblər. Rza bir müddət müalicə alsa da, yenidən vəziyyəti pisləşib".
Ulduz Abdullayeva övladının müalicəsi üçün yardımsevər şəxslərdən dəstək istəyib:
"Biz Rzanın müayinəsi üçün təcili İran İslam Respublikasına yollanmalıyıq. Bunun üçün iki günümüz qalıb. Bizim oradakı müayinələrimiz üçün 700 manata ehtiyacımız var. Biz imkansız ailəyik. Evdə tək yoldaşım işləyir. Onun maaşı ilə həm evi idarə etmək, həm Rzanın müalicəsini etmək, inanın, mümkün deyil. Yardımsevər şəxslərdən bizə dəstək olmağı xahiş edirəm".
Ailə ilə əlaqə: (055) 924-21-30.
"Kapital Bank": 4169 7388 9048 5174.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
1
oxu.az

10Mənbələr