AZ

Ağır yanıq xəsarətləri alan balaca Ömərin köməyinizə ehtiyacı var

Bir yaşlı Ömər ehtiyatsızlıqdan ağır yanıq xəsarətləri alıb.

Bu barədə seher.media-a onun anası Günel Osmanova məlumat verib.

O bildirib ki, övladı aprelin 2-si yanıb:

"Biz Sabirabadda yaşayırıq. Ömər aprelin ikisi evdə oynayarkən qaynamış süd olan qazanı üzərinə çəkdi. Hadisə olan günü rayon xəstəxanasına yollansaq da, vəziyyəti ağır olduğu üçün bizi Bakıya göndərdilər. Bakıda yerləşən xəstəxanalardan birində bir neçə həftə müalicə aldıq. Hazırda evə qayıtmışıq".

Günel Osmanova yardımsevər şəxslərin dəstəyinə ehtiyacları olduğunu deyib.

"Biz Ömərin iki kurs müalicəsini sizin saytın izləyicilərinin dəstəyi ilə edə bilmişik. Hazırda onun müalicəsi üçün 500 manata ehtiyacımız var. İnanın bu məbləği qarşılamaq bizim üçün hazırda imkansızdır. Yardımsevər şəxslərdən dəstək olmaqlarını xahiş edirəm".

Ailə ilə əlaqə: (070) 664-99-79.

Kapital Bank: 4169 7388 6436 5451.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
7
seher.media

10Mənbələr