AZ

Şimali Koreya ballistik raket buraxıb

 Yaponiya Baş Nazirlik Ofisi Şimali Koreyanın ballistik raket atdığını açıqlayıb.

"Cebhe.info" xəbər verir ki, Baş Nazirlikdən "Təcili xəbərdarlıq" başlığı ilə verilən açıqlamada Pxenyan rəhbərliyinin açıq şəkildə ballistik raket atdığı bildirilib.

Açıqlamada qeyd olunub ki, sözügedən ballistik raket Yaponiyanın müstəsna iqtisadi zonası xaricindəki sulara düşüb.

Xatırladaq ki, Şimali Koreya daha əvvəl də Cənubi Koreya, ABŞ və Yaponiya ilə gərginliyi çərçivəsində ballistik raketlər buraxmışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
2
cebheinfo.az

4Mənbələr