AZ

"Şimali Koreya ballistik raket atdı"

Yaponiya Şimali Koreyanın ballistik raket buraxdığını açıqlayıb.

News24.az xəbər verir ki, Baş nazirlikdən "təcili xəbərdarlıq" başlığı ilə verilən açıqlamada Pxenyan rəhbərliyinin açıq şəkildə ballistik raket atdığı bildirilib.

Açıqlamada qeyd olunub ki, sözügedən ballistik raket Yaponiyanın müstəsna iqtisadi zonası xaricindəki sulara düşüb.

Şimali Koreya daha əvvəl Cənubi Koreya, ABŞ və Yaponiya ilə gərginliyi çərçivəsində ballistik raketlər buraxıb.

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
2
news24.az

4Mənbələr