AZ

Naxçıvanda güclü yağış: nəqliyyatın hərəkəti iflic oldu

Naxçıvanda güclü yağış nəticəsində bir neçə avtomobil yolunda məhdudiyyət yaranıb.
Bu barədə BUTA.TV-a “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi”nin Mətbuat xidmətindən bildirilib. Məlumata görə, Şahbuz rayonunun Ayrınc, Qızıl Qışlaq və Kükü kənd ərazisində müşahidə olunan güclü yağış avtomobil yollarının hərəkət hissəsində məhdudiyyət yaradıb. Problemlə bağlı məlumat daxil olan kimi qeyd olunan ərazilərə ərazilərə Agentliyin xüsusi texnika və canlı qüvvələri səfərbər olunub.

Hazırda yollarda təmizləmə işləri davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
9
buta.tv

10Mənbələr