AZ

Naxçıvanda leysan avtomobil yollarında məhdudiyyət yaratdı - VİDEO 

Naxçıvanda yağan güclü yağış nəticəsində bir neçə avtomobil yolunda məhdudiyyət yaranıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Şahbuz rayonunun Ayrınc, Qızıl Qışlaq və Kükü kənd ərazisində müşahidə olunan güclü yağış bir-neçə avtomobil yolunun hərəkət hissəsində məhdudiyyət yaradıb.

Avtomobil yollarında yaranmış problemlə bağlı məlumat daxil olan kimi dərhal qeyd olunan ərazilərə "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi"nin sözügedən ərazilərə xüsusi texnika və canlı qüvvələri səfərbər olunub.
Hazırda yollarda təmizləmə işləri davam etdirilir.
 


Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
9
bizim.media

10Mənbələr