AZ

İsmayıllıda torpaq sürüşməsi səbəbindən sakinlər kəndi tərk edirlər (FOTO)

İsmayıllının Qoydan kəndində torpaq sürüşməsi baş verib.


Bu barədə oxu.az-a məlumat verilib.


Qeyd olunub ki, bu gün vətəndaşlar bütün aidiyyəti orqanlardan - İsmayıllı Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin (FHN) rayon şöbəsində olublar, həm Daxili İşlər Nazirliyinin "102" xidmətinə, həm də FHN-in "112" qaynar telefon xəttinə məlumat veriblər.


"Dedilər ki gözləyin, komissiya gəlib baxacaq. Amma torpaq sürüşməsi elə bir yerdədir ki, evlərin damlarındadır", - deyə sakinlərə məlumat verilib.


Hazırda çıxılmaz vəziyyətdə qalan vətəndaşlar məcbur olub kəndi tərk edirlər.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
5
qaynarinfo.az

6Mənbələr