AZ

İsmayıllıda torpaq sürüşməsi səbəbindən sakinlər kəndi tərk edirlər

İsmayıllının Qoydan kəndində torpaq sürüşməsi baş verib.
 
Bu barədə Oxu.Az-a məlumat verilib.
 
Qeyd olunub ki, bu gün vətəndaşlar bütün aidiyyəti orqanlarda - İsmayıllı Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin (FHN) rayon şöbəsində olublar, həm Daxili İşlər Nazirliyinin "102" xidmətinə, həm də FHN-in "112" qaynar telefon xəttinə məlumat veriblər.
 
"Dedilər ki gözləyin, komissiya gəlib baxacaq. Amma torpaq sürüşməsi elə bir yerdədir ki, evlərin damlarındadır", - deyə sakinlər bildiriblər.
 
Hazırda çıxılmaz vəziyyətdə qalan vətəndaşlar məcbur olub kəndi tərk edirlər.
 
Video və fotoları təqdim edirik:

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
5
moderator.az

6Mənbələr