AZ

Amil Ağacanov “Qəbələ”də - Rəsmi

Azərbaycanın U-18 yığmasının qapıçılar üzrə məşqçisi Amil Ağacanov bundan sonra “Qəbələ”də fəaliyyət göstərəcək.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Qəbələ”nin məşqçilər korpusunda yeni təyinat gerçəkləşib. Amil Ağacanov bundan sonra “qırmızı-qaralar”ın qapıçılar üzrə məşqçisi olacaq. 41 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Ağacanov futbolçu karyerası ərzində “Göyəzən” (2004-05), “Şüvəlan” (2005-06, 2011-13, 2015-16), “Turan” (2006-07), “Bakı” (2007), “Masallı” (2007-08), MOİK (2008), “Standard” (2008-09), “Muğan” (2009-11), “Simurq” (2013-15) və “Zaqatala” (2016-18) klublarında çıxış edib. O, 2004-05-ci illərdə Azərbaycanın U-21 yığmasının formasını geyinib.

Karyerasını bitirdikdən sonra Naxçıvan Futbol Federasiyasında fəaliyyətə başlayan sabiq qapıçı “Araz-Naxçıvan”da da çalışıb. O, klubun qapıçılar üzrə məşqçisi olub. Mütəxəssis “Qəbələ”yə təyinatına qədər Azərbaycanın U-18 yığmasının məşqçilər korpusunda yer alıb. Ağacanov qapıçılar üzrə məşqçilər üçün UEFA kurslarına rəhbərlik edən yerli təlimatçılardan biri kimi fəaliyyət göstərib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
20
arena.az

10Mənbələr