AZ

“Qəbələ”də yeni təyinat

“Qəbələ”nin məşqçilər korpusunda yeni təyinat gerçəkləşib. Matc.az xəbər verir ki, Amil Ağacanov “qırmızı-qaralar”ın qapıçılar üzrə məşqçisi olacaq. Bu barədə məlumatı klub rəsmən yayıb. Bildirilib ki, 41 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb. Ağacanov futbolçu karyerası ərzində “Göyəzən” (2004-05), “Şüvəlan” (2005-06, 2011-13, 2015-16), “Turan” (2006-07), “Bakı” (2007), “Masallı” (2007-08), MOİK (2008), “Standard” (2008-09), “Muğan” (2009-11), “Simurq” (2013-15) və “Zaqatala” (2016-18) klublarında çıxış edib. O, 2004-05-ci illərdə Azərbaycanın U-21 yığmasının formasını geyinib. Karyerasını bitirdikdən sonra Naxçıvan Futbol Federasiyasında fəaliyyətə başlayan sabiq qapıçı “Araz-Naxçıvan”da da çalışıb. O, klubun qapıçılar üzrə məşqçisi olub. Mütəxəssis “Qəbələ”yə təyinatına qədər Azərbaycanın U-18 yığmasının məşqçilər korpusunda yer alıb. Ağacanov qapıçılar üzrə məşqçilər üçün UEFA kurslarına rəhbərlik edən yerli təlimatçılardan biri kimi fəaliyyət göstərib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
20
matc.az

10Mənbələr