AZ

Prezident Ərdoğan Rusiya lideri Putinlə telefonla danışıb

Prezident Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub .

Danışıq zamanı Rusiyanın Dağıstan vilayətində törədilən terror aktları müzakirə olunub.

Prezident Ərdoğan görüşdə Türkiyənin hər cür terrora qarşı olduğunu və hücumları nifrətlə qınadıqlarını bildirib, həyatını itirənlərə görə Rusiya xalqına başsağlığı verib, yaralananlara isə tezliklə şəfa diləyib.

Ərdoğan əlavə edib ki, Türkiyə bölgədəki bütün münaqişələrə son qoymaq üçün səylərini davam etdirəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
2
aznews.az

10Mənbələr