AZ

Ərdoğan Putinlə regional məsələləri müzakirə edib

Bakı,TurkicWorld

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Rabitə İdarəsindən məlumata verilib.

Telefon görüşü zamanı Rusiyanın Dağıstan vilayətində törədilən terror aktları müzakirə olunub.

Ərdoğan Türkiyənin hər cür terrora qarşı olduğunu və hücumları nifrətlə qınadıqlarını ifadə edərək, həyatını itirənlərə görə Rusiya xalqına başsağlığı verib, yaralılara şəfa diləyib.

Həmçinin, Ərdoğan Türkiyənin bölgədəki bütün münaqişələrə son qoymaq üçün səylərini davam etdirəcəyini bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
2
turkic.world

10Mənbələr