AZ

Qəzzada yüzlərlə humanitar yardım işçisi həlak olub

Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin (OCHA) məmuru Yasmina Guerda 7 oktyabr 2023-cü ildən Qəzzada 200-dən çox humanitar yardım işçisinin öldürüldüyünü və oranın heç kim üçün təhlükəsiz ərazi olmadığını bildirib. 

"Cebhe.info" xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin (OCHA) zabiti Yasmina Querda, İsrailin intensiv hücumlarına məruz qalan Qəzzada 3 aylıq vəzifəsindən sonra şahidi olduqlarını BMT-nin Cenevrə ofisinin həftəlik mətbuat konfransında mətbuat mənsubları ilə bölüşüb. 

Qəzzada vəziyyətin rəqəmlərlə ölçülə bilməyəcək qədər pis olduğunu bildirən Querda çox sayda insanın yerindən-yurdundan didərgin düşdüyünü, qəzzalıların qida, sığınacaq, sağlamlıq və digər ehtiyaclarını qarşılaya bilmədiklərini bildirib. 

Querda "Qəzzada mən həyatımın sonuna qədər məni təqib edəcək hekayələri eşitdim və gördüm", -deyib. Ehtiyacı olanlara humanitar yardımın çatdırılmasında yaşanan çətinliklərə diqqət çəkən Querda keçid məntəqələrində saatlarla gözlədildiklərini və bunun koordinasiyada çətinliklər yaratdığını bildirib. O, Qəzzada təhlükəsiz bir santimetr belə qalmadığını vurğulayıb:"7 oktyabr 2023-cü ildən bu yana 200-dən çox humanitar yardım işçisi öldürüldü. Qəzzada kimsə üçün təhlükəsiz ərazi yoxdur". 

Qəzzada ən yüksək bədəli qocalar, əlillər, qadınlar və uşaqların ödədiyini ifadə edən Querda qəzzalıların beynəlxalq ictimaiyyətin dəstəyinə ehtiyacı olduğunu vurğulayıb. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
2
cebheinfo.az

3Mənbələr