AZ

Viktor Orban Ukraynanın Aİ-yə qəbul edilməsinə əngəl olmayacaq

Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqları tənqid etsə də, prosesə müdaxilə etməyəcəyini bildirib.Missiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, Macarıstan hökumətin başçısı Ukraynanın Avropa İttifaqına üzvlüyünü siyasi motivli proses adlandırıb. Bununla yanaşı, o, müharibə şəraitində olan ölkənin ittifaqa qəbul edilməsinin nəticələri barədə xəbərdarlıq edib.“Macarıstan Ukraynanın Aİ-yə üzvlük prosesi ilə razılaşmır, lakin buna mane olmayacaq. Biz danışıqlara başlamasının tərəfdarıyıq”, – deyə “Tagesschau” nəşri baş nazirin sözlərindən sitat gətirib.Ötən həftə Avropa İttifaqı Şurası nazirlər səviyyəsində Ukrayna və Moldovanın quruma üzvlüyü ilə bağlı danışıqların iyunun 25-də başlayacağını təsdiqləyib.Hər hansı ölkənin Avropa İttifaqına namizəd statusu alması və ya bu istiqamətdə danışıqların başlanması onun ittifaqa qəbul edilməsi anlamına gəlmir və müvafiq proseslər Brüsselin üzərinə heç bir öhdəlik qoymur.

Zərintac MayisqızıMissiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
6
missiya.az

7Mənbələr