AZ

Orban Ukraynanın Aİ-yə qəbul edilməsinə mane olmayacaq

Bakı. Trend:

Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın Avropaİttifaqına daxil olması ilə bağlı danışıqları tənqid etsə də,prosesə müdaxilə etməyəcəyini bildirib.

Trend xəbər verir ki, Macarıstan hökumətin başçısı UkraynanınAvropa İttifaqına üzvlüyünü siyasi motivli proses adlandırıb.

Bununla yanaşı, o, müharibə şəraitində olan ölkənin ittifaqaqəbul edilməsinin nəticələri barədə xəbərdarlıq edib.

“Macarıstan Ukraynanın Aİ-yə üzvlük prosesi ilə razılaşmır,lakin buna mane olmayacaq. Biz danışıqlara başlamasınıntərəfdarıyıq”, – deyə “Tagesschau” nəşri baş nazirin sözlərindənsitat gətirib.

Ötən həftə Avropa İttifaqı Şurası nazirlər səviyyəsində Ukraynavə Moldovanın quruma üzvlüyü ilə bağlı danışıqların iyunun 25-dəbaşlayacağını təsdiqləyib.

Hər hansı ölkənin Avropa İttifaqına namizəd statusu alması və yabu istiqamətdə danışıqların başlanması onun ittifaqa qəbul edilməsianlamına gəlmir və müvafiq proseslər Brüsselin üzərinə heç biröhdəlik qoymur.

Xatırladaq ki, 1999-cu ildə namizəd statusu alan Türkiyəninüzvlük barədə danışıqları 2005-ci ildən davam edir. ŞimaliMakedoniya 2005-ci ildən, Monteneqro 2010-cu ildən, Serbiya isə2012-ci ildən Aİ üzvlüyünə namizəddir. 2013-cü ildə Avropaİttifaqına qəbul edilən sonuncu ölkə - Xorvatiya üçün bu proses onil çəkib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
6
az.trend.az

7Mənbələr