AZ

İmişlidə 24 yaşlı oğlan sevgilisinin evinə gəlib cinsi əlaqədə oldu: “Anası da orada idi...”

İmişli rayonunda 2000-ci il təvəllüdlü Mirzə sevgi münasibətində olduğu Vəsiləyə (adlar şərti verilib – red.) təcavüz edib.

Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, Mirzə 2023-cü ilin iyul ayının əvvəllərində, saat 15 radələrində İmişli şəhəri, T.İsmayılov küçəsində yerləşən fərdi yaşayış evinin yataq otağında 2009-cu il təvəllüdlü Vəsilə ilə onun razılığı əsasında təbii yolla cinsi əlaqədə olub.

Bu hadisədən iki gün sonra, saat 15 radələrində yenidən evdə Vəsilənin razılığı əsasında qeyri-təbii yolla cinsi əlaqədə olub və ona qarşı təkrar seksual xarakterli digər hərəkətlər edib.

Bundan sonra 2023-cü ilin iyul ayının sonlarınadək müxtəlif günlərdə günorta saatlarında yenə də həmin evdə Vəsilə ilə təbii yolla təkrar iki dəfə, qeyri-təbii yolla dörd dəfə, sonuncu dəfə isə həmin ilin iyul ayının sonlarında təbii yolla bir dəfə, qeyri-təbii yolla bir dəfə cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən Mirzənin barəsində Cinayət Məcəlləsinin 152.4.1-ci (on altı yaşına çatmayan şəxslə təkrar cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mirzə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, əvvəllər İmişli rayonunda komputer klubu işlədib: “Vəsiləni klubun qarşısına gəlib-gedərkən görmüşəm və orada tanış olmuşam. Sonradan Vəsilə ilə aramızda sevgi münasibəti yarandı və onunla yaxınlıq etməyə başladım. Vəsilənin evinə mütəmadi olaraq gedib-gəlmişəm. Vəsilə ilə ilk dəfə onun evində könüllü cinsi əlaqədə olmuşam. Vəsilənin bakirəliyini özüm pozmuşam. Vəsilə ilə ikinci dəfə öz evində cinsi əlaqədə olmaqla, ümumilikdə onunla iki dəfə cinsi əlaqədə olmuşam”.

Təqsirləndirilən şəxs qeyd edib ki, Vəsilə ilə zorla deyil, onun öz istəyi ilə cinsi əlaqədə olub: “Vəsilənin evində cinsi əlaqədə olarkən onun anası da evdə olub. Vəsilə mənə yaşının 14 olduğunu deyib. Onunla qeyri-təbii yolla cinsi əlaqədə olmamışam. Vəsilənin hamilə olduğunu bilməmişəm”.

İş üzrə zərərçəkmiş Vəsilənin sözlərinə görə, Mirzə ilə tanış olduqdan sonra sevgi münasibətində olublar: “Mirzə ilə olan münasibətimdən anam Sevdanın xəbəri olub. Anamın evdə olmadığı vaxtlarda Mirzə yaşadığım evə gəlib. Həmin vaxt evdə ikimiz olmuşuq. Mirzə boynumdan öpüb, onu kənara itələmişəm. Lakin Mirzə məndən əl çəkmədi. Məni yatağa apardı və öpməyə başladı. Mirzə mənə cinsi əlaqədə olmaq istədiyini bildirdi. Mən isə ona cinsi əlaqədə olmayacağımı dedim”.

Zərərçəkmiş qeyd edib ki, ilk dəfə Mirzə ilə 2023-cü ilin iyul ayının əvvəllərində günorta vaxtlarında öz evində cinsi əlaqədə olub: “Mirzəyə istəmədiyimi desəm də, mənimlə zorla cinsi əlaqədə oldu, bakirəliyimi pozdu. Mirzə yalandan mənimlə evlənəcəyini bildirdi və məni aldatdı. Sonra Mirzədən hamilə qaldım. Bətnimdə olan uşağı altı aylıq olarkən şam kimi dərmandan istifadə edərək düşürdüm. Belə ki, şamı aptekdən mənə vermədikləri üçün tanımadığım taksi sürücüsünə müraciət etdim, uşağı saldırmaq üçün aptekdən həmin şamı aldırdım. Sonra evə qayıtdım”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
10
publika.az

10Mənbələr