AZ

İmişlidə 24 yaşlı oğlan sevgilisinin evinə gəlib cinsi əlaqədə oldu: “Anası da orada idi...” – ŞOK

İmişli rayonunda 2000-ci il təvəllüdlü Mirzə sevgi münasibətində olduğu Vəsiləyə (adlar şərti verilib – red.) təcavüz edib.
 
Mirzə 2023-cü ilin iyul ayının əvvəllərində, saat 15 radələrində İmişli şəhəri, T.İsmayılov küçəsində yerləşən fərdi yaşayış evinin yataq otağında 2009-cu il təvəllüdlü Vəsilə ilə onun razılığı əsasında təbii yolla cinsi əlaqədə olub.
 
Bu hadisədən iki gün sonra, saat 15 radələrində yenidən evdə Vəsilənin razılığı əsasında qeyri-təbii yolla cinsi əlaqədə olub və ona qarşı təkrar seksual xarakterli digər hərəkətlər edib.
 
Bundan sonra 2023-cü ilin iyul ayının sonlarınadək müxtəlif günlərdə günorta saatlarında yenə də həmin evdə Vəsilə ilə təbii yolla təkrar iki dəfə, qeyri-təbii yolla dörd dəfə, sonuncu dəfə isə həmin ilin iyul ayının sonlarında təbii yolla bir dəfə, qeyri-təbii yolla bir dəfə cinsi əlaqədə olub.
 
İstintaq orqanı tərəfindən Mirzənin barəsində Cinayət Məcəlləsinin 152.4.1-ci (on altı yaşına çatmayan şəxslə təkrar cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mirzə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, əvvəllər İmişli rayonunda komputer klubu işlədib: “Vəsiləni klubun qarşısına gəlib-gedərkən görmüşəm və orada tanış olmuşam. Sonradan Vəsilə ilə aramızda sevgi münasibəti yarandı və onunla yaxınlıq etməyə başladım. Vəsilənin evinə mütəmadi olaraq gedib-gəlmişəm. Vəsilə ilə ilk dəfə onun evində könüllü cinsi əlaqədə olmuşam. Vəsilənin bakirəliyini özüm pozmuşam. Vəsilə ilə ikinci dəfə öz evində cinsi əlaqədə olmaqla, ümumilikdə onunla iki dəfə cinsi əlaqədə olmuşam”.
 
Təqsirləndirilən şəxs qeyd edib ki, Vəsilə ilə zorla deyil, onun öz istəyi ilə cinsi əlaqədə olub: “Vəsilənin evində cinsi əlaqədə olarkən onun anası da evdə olub. Vəsilə mənə yaşının 14 olduğunu deyib. Onunla qeyri-təbii yolla cinsi əlaqədə olmamışam. Vəsilənin hamilə olduğunu bilməmişəm”.
 
İş üzrə zərərçəkmiş Vəsilənin sözlərinə görə, Mirzə ilə tanış olduqdan sonra sevgi münasibətində olublar: “Mirzə ilə olan münasibətimdən anam Sevdanın xəbəri olub. Anamın evdə olmadığı vaxtlarda Mirzə yaşadığım evə gəlib. Həmin vaxt evdə ikimiz olmuşuq. Mirzə boynumdan öpüb, onu kənara itələmişəm. Lakin Mirzə məndən əl çəkmədi. Məni yatağa apardı və öpməyə başladı. Mirzə mənə cinsi əlaqədə olmaq istədiyini bildirdi. Mən isə ona cinsi əlaqədə olmayacağımı dedim”.
 
Zərərçəkmiş qeyd edib ki, ilk dəfə Mirzə ilə 2023-cü ilin iyul ayının əvvəllərində günorta vaxtlarında öz evində cinsi əlaqədə olub: “Mirzəyə istəmədiyimi desəm də, mənimlə zorla cinsi əlaqədə oldu, bakirəliyimi pozdu. Mirzə yalandan mənimlə evlənəcəyini bildirdi və məni aldatdı. Sonra Mirzədən hamilə qaldım. Bətnimdə olan uşağı altı aylıq olarkən şam kimi dərmandan istifadə edərək düşürdüm. Belə ki, şamı aptekdən mənə vermədikləri üçün tanımadığım taksi sürücüsünə müraciət etdim, uşağı saldırmaq üçün aptekdən həmin şamı aldırdım. Sonra evə qayıtdım”.
 
Vəsilənin ifadəsinə görə, 2023-cü ilin oktyabrın 31-də, gecə saat 3 radələrində şamdan istifadə edib: “Bundan sonra ağrılarım başladı. Vəziyyətim pisləşdiyi üçün bətnimdə olan uşağı çıxartmaq üçün İmişli Rayon Xəstəxanasına yollandım. Xəstəxanada uşaq xaric edildi”.
 
Zərərçəkmiş bildirib ki, Mirzə ilə barışmır, ondan şikayətçidir: “Mirzə ilə ümumilikdə 4 dəfə cinsi əlaqədə olmuşam. Bakirəliyim pozulduqdan bir neçə gün sonra 2023-cü ilin iyul ayının əvvəllərində yaşadığım evdə qeyri-təbii yolla cinsi əlaqədə oldu. Daha sonra Mirzə 2023-cü ilin iyul ayının sonlarında yaşadığımız evimizdə özümün razılığım ilə mənimlə cinsi əlaqədə oldu”.
 
Zərərçəkmiş qeyd edib ki, Mirzə onu döyüb, bədənində bıçaq izləri olub: “Həmin günü Mirzə mənimlə yenidən təbii yolla cinsi əlaqədə oldu. Mirzə ilə cinsi əlaqədə olarkən anam evdə olmayıb. Mirzənin gəldiyindən xəbəri olmayıb. Mirzə mənə sonsuz olduğunu, uşağının olmayacağını bildirərək aldadıb. Atam adam öldürdüyünə görə hazırda uzunmüddətli həbsdədir. Mirzədən başqa heç kimlə cinsi əlaqəsi olmamışam. Mirzə həmin vaxtı mənim 14 yaşımın tamam olmadığını bilib”.
 
İş üzrə zərərçəkmiş Vəsilənin anası Sevda da ifadə verib. O bildirib ki, Daxili İşlər Nazirliyinin 102 xidmətinə qızı Vəsilənin zorlanması və İmişli rayon mərəkəzi xəstəxanasına aparması barədə məlumat verib: “Evdə olmadığım vaxtlarda 2023-cü ilin iyul ayının əvvəllərində Mirzə yaşadığım evə gəlib. Qızım Vəsiləni yatağa salıb, onunla zorla cinsi əlaqədə olaraq bakirəliyini pozub. Vəsilənin Mirzə ilə cinsi əlaqədə olmaq istəməməsinə məhəl qoymayıb. Bunları mənə qızım danışıb. Daha sonra qızımdan eşitdim ki, Mirzə onunla yaşadığımız evdə müxtəlif vaxtlarda 3 dəfə cinsi əlaqədə olub. Qızım həmin cinsi əlaqə nəticəsində Mirzədən hamilə qalıb”.
 
Sevdanın sözlərinə görə, 2023-cü il oktyabrın 31-də qızı Vəsilənin halının pisləşdiyini görüb, onu həkimə gətirəndə hamilə olmasını və bədənində olan dölün 18-19 həftəlik olmasını bilib: “Döl və cift qızım Vəsilənin bədənindən xaric olunub. Mənə məlum oldu ki, qızım Vəsilə hansısa tanımadığı taksi sürücüsü vasitəsi ilə aptekdən ona hamiləliklə bağlı dərman alaraq gətirməsini istəyib. Qızım həmin dərmanları qəbul etdiyindən bu hal baş verib. Vəsilənin bəkarətinin həkimə gətirilən günə qədər pozulmasını və hamilə olmasını bilməmişəm. Qızım Vəsiləni zorlayan Mirzə adlı şəxsin cinayət məsuliyyətinə cəlb olunmasını istəyirəm”.
 
Cinayət işində olan xasiyyətnamələrdən məlum olur ki, həm təqsirləndirilən şəxs, həm də zərərçəkmiş şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunublar.
 
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Mirzə 2 il müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 7 il azadlıqdan məhrum edilib. Onun cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. /Teleqraf.com/
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
10
moderator.az

10Mənbələr