AZ

Keçmiş "Beşiktaş"lı "Neftçi"nin baş icraçı direktoru təyin edildi

“Neftçi” PFK-ya yeni baş icraçı direktor təyin edilib.

Oxu24.com xəbər verir ki, bu barədə klubun rəsmi hesabı məlumat yayıb. 

Bu vəzifə türkiyəli funksioner Cenk Sümerə tapşırılıb. 

C.Sümer daha öncə İstanbul nəhənglərindən biri “Beşiktaş”ın idarəetmə sistemində yenidənqurma və inkişaf, futbol idarəçiliyi, marketinq və biznesin inkişafı departamentlərində rəhbər vəzifələrdə fəaliyyət göstərib və klubun vitse-prezidenti vəzifəsini tutub. 

Bununla yanaşı, “Neftçi” PFK-nın yeni Müşahidə Şurası təsdiqlənib.

Müşahidə Şurasının sədri Hafiz Zeynalov, üzvləri isə Emin Əmrullayev, Orxan Sultanov, Fərid Hacıyev, Emil Alxaslı, Bəxtiyar Aslanbəyli və Afaq Məmmədova seçilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
6
oxu24.com

10Mənbələr