AZ

“Neftçi” klubuna yeni baş icraçı direktor təyin edildi

"Neftçi”nin baş icraçı direktoru postuna yeni təyinat baş tutub.

News365.az "Neftçi"nin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu vəzifə türkiyəli funksioner Cenk Sümerə tapşırılıb.

İstanbul nəhənglərindən "Beşiktaş”ın idarəetmə sistemində ad çıxarmış mütəxəssis klubun yenidənqurma və inkişaf, futbol idarəçiliyi, marketinq və biznesin inkişafı departamentlərində rəhbər vəzifələrdə fəaliyyət göstərib, həmçinin klubun vitse-prezidenti vəzifəsini tutub. Həm idman, həm menecment sahələrində zəngin təcrübəyə malik Cenk Sümer "Neftçi”də əsasən strateji idarəetmə ilə məşğul olacaq. İdarəetmə sisteminin təkmilləşdirilməsi, başlamış islahatların sürətləndirilməsi, klubun strukturunun optimallaşdırılması mütəxəssisin qarşısına qoyulan tapşırıqlardandır.

Qeyd edək ki, türkiyəli mütəxəssis Doğu Akdəniz Universitetində Biznesin idarəedilməsi fakültəsində dosent, Marmara Universitetində İnsan resurslarının idarəedilməsi və inkişafı üzrə magistr təhsili alıb.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
42
news365.az

10Mənbələr