AZ

Türkiyədə güclü ZƏLZƏLƏ: 1 nəfər eyvandan yıxıldı – FOTO  

Türkiyədə, Manisanın Soma rayonunda 4,8 bal gücündə zəlzələ qeydə alınıb. 

Bizim.Media xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. 

Qeyd edilib ki, yeraltı təkanlar yerin təxminən 10,24 kilometr dərinliyində baş verib. 

Zəlzələ Manisa şəhər mərkəzi və rayonları ilə yanaşı, İzmir və ətraf vilayətlərdə də hiss olunub. 

Zəlzələnin dağıntı və insan itkisinə səbəb olub-olmadığını müəyyən etmək üçün sahə işlərinə başlanılıb. Balıkəsirdə Savaştepe rayonunda zəlzələ zamanı eyvandan tullanan bir nəfər yüngül xəsarət alıb. 

Zəlzələdən sonra maqnitudası 1,8 ilə 3,1 arasında olan 4 afterşok olub. 


Bizim.Media

Seçilən
36
50
bizim.media

10Mənbələr