AZ

Bu sahədə çalışanlar 4 mindən çox maaş alır

2024-cü ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 10,2 faiz artaraq 1007,5 manat təşkil edib.

Bu barədə Sitat.info-ya Dövlət Statistika Komitəsindən məlumat verilib.

Əmək haqqı neft-qaz sektorunda 4031,5 manat, qeyri neft-qaz sektorunda 950,5 manat təşkil edib.

2024-cü il iyunun 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5269,4 min nəfər olmuş, onlardan 4982,8 min nəfərini məşğul əhali təşkil etmişdir. Cari il mayın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1749,7 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 897,0 min nəfər, qeyri-dövlət sektorunda isə 852,7 min nəfər təşkil etmişdir. İqtisadiyyatın neft-qaz sektorunda 31,8 min nəfər, qeyri neft-qaz sektorunda isə 1717,9 min nəfər çalışıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
16
sitat.info

10Mənbələr