AZ

Bu sahədə çalışanlar 4 mindən çox maaş alır

2024-cü ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 10,2 faiz artaraq 1007,5 manat təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Əməkhaqqı neft-qaz sektorunda 4031,5 manat, qeyri neft-qaz sektorunda 950,5 manat təşkil edib.

2024-cü il iyunun 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5269,4 min nəfər olmuş, onlardan 4982,8 min nəfərini məşğul əhali təşkil etmişdir. Cari il mayın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1749,7 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 897,0 min nəfər, qeyri-dövlət sektorunda isə 852,7 min nəfər təşkil etmişdir. İqtisadiyyatın neft-qaz sektorunda 31,8 min nəfər, qeyri neft-qaz sektorunda isə 1717,9 min nəfər çalışıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
16
olaylar.az

10Mənbələr