AZ

Hansı pəhriz ürək xəstəliyinin qarşısını almağa kömək edir...

...Aralıq dənizi pəhrizi ürək xəstəliklərinin və hətta vaxtından əvvəl ölümün qarşısını almağa kömək edə bilər.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Gazeta.ru-ya müsahibəsində kardioloq və terapevt Lyudmila Salamatina deyib.

(...Aralıq dənizi pəhrizi Aralıq dənizi ilə həmsərhəd ölkələrin ənənəvi pəhrizlərinə əsaslanan bir termindir və 1950-ci illərdə diqqət çəkməyə başlamışdır. Qərb ölkələri ilə müqayisədə Aralıq dənizi ölkələrində ürək xəstəliklərinin daha az olması bu pəhrizi məşhurlaşdırıb –A.B.)

Deməli, insanlar Aralıq dənizi pəhrizi haqqında ilk dəfə keçən əsrin ortalarında amerikalı dietoloqlar Anselmi və Marqaret Keys yunanların, italyanların və ispanların pəhrizlərini sistemləşdirəndə danışmağa başladılar.

Onlar qeyd ediblər ki, bu populyasiyalarda ürək xəstəliyi və ölüm nisbətləri ən aşağıdır. Mütəxəssislər bol meyvə, tərəvəz, paxlalı bitkilər, tam taxıl, balıq və zeytun yağı ehtiva edən bir pəhriz yaratdılar. Həmçinin, bu pəhrizə riayət edənlər spirt, qırmızı ət, süd məhsulları və doymuş yağ turşularının istehlakını azaltmalı olacaqlar.

...Ətraflı araşdırmalar göstərdi ki, beş il ərzində qoz-fındıq ilə zənginləşdirilmiş Aralıq dənizi pəhrizi ateroskleroz riskini 28 faiz, zeytun yağı ilə zənginləşdirilmiş pəhriz isə ateroskleroz riskini 31 faiz azaldır.

Bundan əlavə, məlumdur ki, Aralıq dənizi pəhrizinə riayət etmək təkcə ürək-damar xəstəlikləri və ölüm riskinin 10 faiz azalması ilə deyil, həm də bütün səbəblərdən ölüm hallarının 8 faiz azalması ilə əlaqələndirilir.

Bunu Lyudmila Salamatina bildirib.

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
50
sia.az

10Mənbələr